AZ

Özəlləşdirmə və icarədən büdcəyə 144,7 milyon manat daxil olub

Bu ilin yanvar-sentyabr aylarında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə 144,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə 38 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.

Əlavə olaraq, dövr ərzində 510-u qeyri-yaşayış, 3.176-sı torpaq sahələri üzrə olmaqla 3.686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Seçilən
59
12
teleqraf.com

10Mənbələr