AZ

“İlham Əliyevin bu istiqamətdəki səylərini və görülən işləri yüksək qiymətləndiririk” - Paşinyanın müavini

“İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, bildirib ki, İlham Əliyevin bu istiqamətdəki səylərini və görülən işləri yüksək qiymətləndiririk:

“Bu addım regional kommunikasiyaların açılmasında, qarşılıqlı etimadın möhkəmləndirilməsində, sülh gündəliyinin irəliləməsində böyük əhəmiyyət kəsb edir”, - deyə Qriqoryan vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
73
1
missiya.az

2Mənbələr