AZ

“Qarabağ” və “Neftçi” futbolçularına görə ziyana düşdü

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ-2” – “Neftçi-2” oyununun 37-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nicat Xasıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

“Qarabağ-2” – “Neftçi-2” oyununun 67-ci dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Turan Tovuz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 53-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 56 nömrəli qapıçısı Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 46);

“Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
2
futbolpress.az

10Mənbələr