AZ

Qazaxıstan taxılı Azərbaycandan keçməklə Ermənistana bu marşrutla daşınacaq

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyevin sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

Hurriyyet.az-ın məlumatına görə, u ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınacağı marşrutun təfərrüatını açıqlayıb. 

“Yaxın zamanlarda Qazaxıstan taxılının ilk partiyası Aktau-Bakı dəmir yolu, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolu ilə Ermənistana gətiriləcək. Sülh bərqərar olub”, - erməni nazir bildirib.

Qafqazinfo.az

Seçilən
73
42
hurriyyet.az

10Mənbələr