AZ

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 145 milyon manata yaxın vəsait daxil olub

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilinyanvar-sentyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlətbüdcəsinə 144,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Trend bubarədə dövlət xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində38 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhmpaketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsiözəlləşdirilib.

Bildirilib ki, cari ilin yanvar-sentyabr ayları ərzindəözəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manattəşkil edib.

“Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilinyanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3.176-sı torpaqsahələri üzrə olmaqla 3.686 yeni icarə müqaviləsi bağlanılıb.Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış vətorpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manatvəsaitin ödənilməsi təmin olunub. Beləliklə, 2025-ci ilinyanvar-sentyabr ayları ərzində dövlət əmlakınınözəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyonmanat vəsait daxil olub ”, - deyə məlumatda vurğulanıb.

Seçilən
61
12
az.trend.az

10Mənbələr