
Fələstinin HƏMAS hərəkatı daha iki girovun meyitini oktyabrın 21-i axşam Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.
Xalqcebhesi.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında dərc olunub.
“İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılaşmanın bir hissəsi olaraq, biz iki girov cəsədini saat 21:00-da tibb işçilərinə təhvil vermək qərarına gəldik”, - deyə məlumatda qeyd olunub.
Köçürmənin dəqiq yeri ilə bağlı məlumat verilmir, ölən əsirlərin adları açıqlanmır.
Məryəm Quliyeva