AZ

Qriqoryan: Əliyevin bu addımı böyük əhəmiyyət kəsb edir

"Təbii ki, mən Azərbaycan Respublikası Prezidentinin Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarından məmnunam və alqışlayıram”.

Ölkə.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, sülh gündəminin irəliləməsi baxımından böyük əhəmiyyət kəsb edir. Mən azərbaycanlı və qazaxlı həmkarlarımın səylərini və bu istiqamətdə gördükləri işləri yüksək qiymətləndirirəm”, - Qriqoryan deyib.

Qeyd edək ki, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan da öz növbəsində Azərbaycan Prezidentinin bəyanatını alqışlayaran bəyanat yayıb.

Mürtəza

Seçilən
53
3
olke.az

4Mənbələr