AZ

Qadın və kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

Azərbaycan Voleybol Yüksək Liqasında qadın və kişi komandaları arasında II turun oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, qadınların mübarizəsində “Gəncə” səfərdə “Murov Az Terminal” üzərində inamlı qələbə qazanıb – 3:0. Kişilər arasında baş tutan qarşılaşmada isə “Xilasedici” eyni hesabla “Ordu” komandasını məğlub edib – 3:0.

Matçlar müvafiq olaraq “Murov Az Terminal” klubunun və Fövqəladə Hallar Nazirliyinin idman zallarında baş tutub.

Qeyd edək ki, hər iki çempionatda növbəti turun oyunları yaxın günlərdə keçiriləcək.

Seçilən
78
90deqiqe.az

1Mənbələr