AZ

Mingəçevirdə qadın piyadaları maşın vurdu - Biri öldü

Mingəçevirdə iki qadın piyadanı maşın vurub, biri ölüb.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. "Vaz 2106" markalı maşın yolu keçən iki piyada qadını -1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılovanı və Firəngiz adlı digər bir qadını vurub. Müxtəlif bədən xəsarətləri alan Zöhrə İsmayılova  və digər piyada sürücü tərəfinfən  xəstəxanaya çatdırılıb. Firəngiz adlı qadın aldığı xəsarətlərdən  ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Seçilən
74
43
unikal.az

10Mənbələr