AZ

Taksidə unutduğu tacı "Kainat gözəli" iştirakçısına qaytarıldı

“Miss Universe Şri-Lanka” qalibi Lixaşe Lindsi-Uaytın Banqkok taksisində unudulmuş tacı ona qaytarılıb.

"Unikal" xəbər verir ki, taksi sürücüsü itirilmiş əşyaları oktyabrın 20-də Banqkok Cənub Turizm Polis İdarəsində qaytarıb.

Qeyd edək ki, 27 yaşlı Lixaşa noyabrın 21-də Tailandda keçiriləcək "Kainat gözəli" müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb. O, Şri-Lankada qazandığı tacını taksidə unutmuşdu. 

27 yaşlı Lixaşa sahibkar, Beynəlxalq Kolombo Məktəbinin məzunu, ailə biznesinin rəhbəri və xeyriyyə fondunun meneceridir. O, hazırda Şri-Lankanı dünya səhnəsində təmsil edən "Impact Challenger" məkanında keçirilən “Miss Universe” müsabiqəsində iştirak etmək üçün Tailanddadır.

Seçilən
93
1
unikal.az

2Mənbələr