AZ

Rodosda klublararası Avropa kuboku davam edir

Bakı. Trend:

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropakuboku davam edir.

Trend-inməlumatına görə, Azərbaycanın “Vüqar Həşimov” klubu – RaufMəmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, VüqarManafov, Xəzər Babazadə və qazaxıstanlı Noqerbek Kazıbek –Niderlandın “LSG Leiden” komandasına 5:1 hesabı ilə qalib gələrəkturnirdə 3-cü pilləyə yüksəlib.

Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Beyegan Pendik”klubu isə indiyə qədər ən yaxşı nəticəni göstərib və lidermövqeyindədir. Xaqan Əhmədin komandası “Türk Hava Yolları” yeddinciyerdə qərarlaşıb.

Qadınlar turnirində isə Gövhər Beydullayevanın çıxış etdiyiSerbiyanın “Sirmium Sremska Mitrovica” klubu ən çox xalla liderdir.Ülviyyə Fətəliyevanın yer aldığı Rumıniya “Superchess”i isə 5 xalladördüncü pillədədir.

Müsabiqə İsveçrə sistemi üzrə keçirilir və oktyabrın 25-dəkdavam edəcək.

Seçilən
38
az.trend.az

1Mənbələr