AZ

Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Eldar Həmzətqulu oğlu Səttarov idarə etdiyi "Toyota Aqua" markalı maşınla 1938-ci il təvəllüdü Hacı Əmir oğlu Ağayevin idarə etdiyi moped toqquşub. Nəticədə H.Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
6
oxu.az

10Mənbələr