ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib.
“Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub – 85:93.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.