V. Putin Donbası əldə etməklə daxildə "qələbə eyforiyası" formalaşdırmaq və bu ab-havadan istifadə edərək növbəti mərhələdə Baltikyanı ölkələrə qarşı təxribatlara zəmin hazırlamaq istəyir. Xüsusilə Estoniyada yaşayan rus azlıqlarının "müdafiəsi" Moskva üçün həmişə hazır bəhanədir.
Avropa liderləri və Ukrayna Budapeşt görüşünə skeptik yanaşır. Prezident Zelenski Donbasın Rusiyaya güzəşt edilməsini qəti şəkildə rədd edir. Onun təklifi yalnız mövcud təmas xəttində atəşkəsin bərpası və danışıqların davam etdirilməsidir. Lakin Rusiya buna razı deyil. Buna görə də Budapeşt görüşü, böyük ehtimalla, nəticəsiz başa çatacaq.
Əgər Tramp Ukraynanın şərq bölgəsini Putinə güzəştə gedərsə, bu, Vaşinqtonun Avropa müttəfiqləri ilə etimadını ciddi zədələyəcək. ABŞ-ın Rusiya qarşısında geri addım atması onun qlobal liderlik statusunu zəiflədər və Moskvanın yeni güc qütbünə çevrilməsinə şərait yaradar. Tramp şəxsi biznes maraqlarında güzəştə gedə bilər, amma Ukrayna ABŞ-ın mülkiyyəti deyil ki, onu satmaq mümkün olsun. ABŞ geostrateji maraqlarını itirə bilməz. Rusiya Donbası əldə etsə, növbəti hədəf Zəngəzur dəhlizi ola bilər.
D. Trampın "müharibələri mən dayandırmışam" iddiası da real nəticə deyil. Azərbaycan-Ermənistan müharibəsi onsuz da başa çatmışdı. Pakistan-Hindistan, Tayland-Kamboca, İsrail-Həmas qarşıdurmaları da hələ bitməyib. Trampın yeganə uğuru Kongo və Ruanda arasında sülh sazişinin imzalanmasıdır. Ümumiyyətlə, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini diplomatik yolla bitirməsi real görünmür. Budapeşt görüşü sülh üçün deyil, daha çox Moskvanın mövqeyini legitimləşdirmək cəhdidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31