AZ

Baş nazir: Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti 5 milyon tona qədər artırılıb

BAKI, 22 oktyabr. TELEQRAF

"Keçən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb".

Teleqraf xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Tbilisidə V İpək Yolu Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur.

"Məhz bu istiqamət qarşılıqlı ticarətin və investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların yaradılması baxımından böyük potensiala malikdir.

Strateji coğrafi yerləşməsi və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən ardıcıl iş aparılır.

Ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə start verilib".

Seçilən
131
4
teleqraf.com

8Mənbələr