AZ

NATO nun Baş katibi ABŞ a elan olunmamış səfər edib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 oktyabr, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rutte Vaşinqtona elan olunmamış səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində Mark Ruttenin Donald Trampla görüşəcəyi bildirilir. Məlumata görə, media ilə ünsiyyət olmayacaq. Görüşün mövzusu da açıqlanmayıb.

Səfər Donald Tramp və Vladimir Putinin Budapeştdə mümkün görüşünə hazırlıqların ləngiməsi fonunda baş tutub.

Bundan əvvəl Ağ Ev rəhbəri bildirmişdi ki, Budapeştdə mümkün görüşlə bağlı qərar yaxın iki gün ərzində qəbul edilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
azertag.az

3Mənbələr