AZ

Dünya səyyahları Ağdam Cümə məscidini ziyarət ediblər

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağdam, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılıq etdiyi dünya miqyaslı səyyahlarqrupu Qarabağa səfər çərçivəsində Ağdam şəhərinə gəliblər.

AZƏRTAC xəbər verir ki, 8 ölkədən gələn xarici qonaqlar əvvəlcə şəhər gəzintisinə çıxıblar.

Sonra səyyahlar Cümə məscidi ilə tanış olublar. Məlumat verilib ki, 1868–1870-ci illərdə inşa edilmiş məscid digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb: minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları isə tanınmaz vəziyyətə gətirilib. Erməni vandalları məsciddə mal-qara saxlayıblar. Ağdam işğaldan azad edildikdən sonra isə məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
azertag.az

4Mənbələr