AZ

Mədəniyyət nazirinin müaşviri Təqaüd Proqramına müraciətin qaydasını açıqladı

BAKI, 22 oktyabr. TELEQRAF

"Xarici ölkələrdə təhsil almaq istəyən hər bir Azərbaycan vətəndaşı bizim "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na müraciət edə bilərlər".

Teleqraf xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində təşkil olunmuş müsabiqənin nəticələrinə dair mətbuat konfransında deyib.

"Müraciətlər yoxlanılır və prosesin təşkili xüsusi komissiya tərəfindən həyata keçirilir. Proses tam şəffaf şəkildə və kameralar altında aparılır. Qiymətləndirmə anonim şəkildə həyata keçirilir", - deyə C. Valehov əlavə edib.

Rektor: Dini təhsilində müasir modellər müzakirə ediləcək

Seçilən
86
2
teleqraf.com

4Mənbələr