AZ

Avropa İttifaqı Azərbaycanın Ermənistan üçün tranzitlə bağlı məhdudiyyətlərin ləğv olunması qərarını alqışlayıb

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülhprosesindəki son hadisələrə qətiyyətli dəstəyini ifadə edib.

Trend xəbər verirki, bunu Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsiMaqdalena Qrono bildirib.

“Azərbaycan və Ermənistan arasındakı sülh prosesi istiqamətindəatılmış son nikbin addımlar silsiləsindən o cümlədən AzərbaycanınErmənistan üçn Azərbaycandan malların tranzitinə qoyulmuşməhdudiyyətlərin aradan qaldırılmasını elan etməsindən çoxilhamlandıb”, - deyə Qrono rəsmi “X” səhifəsində yazıb.

O, Avropa İttifaqının belə təşəbbüsləri dəstəkləməyə hazırolduğunu vurğulayıb.

“Avropa İttifaqı bu praktiki addımları səmimi qarşılayır vəoxşar bütün təşəbbüsləri, eləcə də etimadın möhkəmləndirilməsi üçünəlavə tədbirləri dəstəkləməyə hazırdır”, – Grono qeyd edib.

Xüsusi nümayəndə həmçinin regional infrastrukturun bərpası iləbağlı planlara diqqət çəkib. “Biz həmçinin Ermənistan və Türkiyəarasında Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işəsalınmasına həsr olunmuş növbəti görüşün hazırlanmasınıalqışlayırıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-dəQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata verdiyibəyanatda, xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bərimövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütünməhdudiyyətləri aradan qaldırıb.

“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bərimövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb.Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub.Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhünyalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşıgöstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.

Seçilən
90
1
az.trend.az

1Mənbələr