Biz həmkarımla mütəmadi şəkildə müxtəlif beynəlxalq platformalarda görüşlər keçiririk, ikitərəfli münasibətləri və çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə edirik”.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ikitərəfli səfərlərin əhəmiyyəti hər zaman daha böyükdür: “Biz genişspektrli məsələləri əhatə edə bildik. Eyni zamanda qarşılıqlı maraq doğuran regional və qlobal mövzular da müzakirə sırasındadır. Estoniya və Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Estoniya və Azərbaycan 2026-cı ilin ilk yarısında növbəti siyasi məsləhətləşmələri Bakı şəhərində keçirəcək".