Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, birinci qrup əlili, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev uzunsürən xəstəlikdən sonra vəfat edib.
"Unikal" xəbər verir ki, V.Tağıyev Aşağı Öysüzlü kənd qəbirstanlığında dəfn edilib.
Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
44 günlük Vətən Müharibəsi iştirakçısı Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
Ailəli idi, 2 övladı var.