İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın şikayətini təmin etməyib.
QOL.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans Flikin La Liqanın 9-cu turunda “Jirona” ilə oyunda (2:1) aldığı qırmızı vərəqənin ləğv olunması tələbi rədd edilib.
Beləliklə, Flikə verilən 1 oyunluq cəza qüvvədə qalıb.
Bu səbəbdən baş məşqçi oktyabrın 26-da “Real”la keçiriləcək “El-Klasiko”da komandasına texniki zonadan dəstək ola bilməyəcək.