AZ

HƏMAS silahı yerə qoymayana qədər İtaliya Fələstini tanımayacaq - Ciorcia Meloni

Bakı. Trend:

HƏMAS ölkənin gələcəyində siyasi rolunun olmadığını etiraf edibsilahı yerə qoymayana qədər İtaliya Fələstin Dövlətinitanımayacaq.

Trend xəbər verir ki, bunuİtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.

O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdəimzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunubildirib.

“Bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütünvasitəçilərə dərin minnətdarlığımızı bildiririk. Misir, Qətər vəTürkiyə hökumətlərini, xüsusilə bu danılmaz uğura nail olmaq üçünfövqəladə enerji sərf edən Donald Trampı nəzərdə tuturam. Uzunmüddətdən sonra Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərarolması üçün etibarlı bir imkan var, lakin vəziyyət hələ dəkövrəkdir. Sülh planının məqsədlərinə çatmaq üçün HƏMAS keçidadministrasiyasında və Fələstin Dövlətində heç bir rolununolmayacağını qəbul etməli və tərk-silah olmalıdır. Bunlar həm dəİtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkinşərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib vəhökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır.İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülhçırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbiiki, İtaliya üzərinə düşəni etməyə hazırdır”, - deyə Ciorcia Melonivurğulayıb.

Seçilən
83
7
az.trend.az

9Mənbələr