AZ

Bakıda həkimləri heyrətləndirən yeniyetmə - Bağırsağından taxta çıxdı (FOTO)

Bakı. Trend:

14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetməqarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma vəhipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili vəTəxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi RuzbehMəmməd məlumat verib.

Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozuqoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahimüdaxilə aparılıb.

"Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və uşaqcərrahı Günay Əmrahlı tərəfindən nazik bağırsaq seqmentininrezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icraolunub.

Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 smməsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub.Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərtyad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda daperforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilindəmüxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.

Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicənəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o,ambulator müalicə üçün evə buraxılıb",- deyə o əlavə edib.

Bakıda
Seçilən
27
34
az.trend.az

10Mənbələr