AZ

İrandan Azərbaycana narkotik tərkibli həblərin keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Oktyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd QoşunlarıKomandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisindəaparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsindənarkotik tərkibli həbin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İranİslam Respublikasından Azərbaycan Respublikası ərazisinəkeçirilməsinin qarşısı alınmışdır.

Trendxəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəziməlumat yayıb.

Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraqgötürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təminedilməsi, narkotik vasitələr, psixotrop maddələr və onlarınprekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləriuğurla davam etdirilir.

Məqalədə:
Seçilən
90
41
az.trend.az

10Mənbələr