"Qarabağ" futbol komandası Bakıya məğlubiyyətlə qayıdıb.
News24.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının Əsas Liqa mərhələsinin III tur - "Qarabağ" - "Atletik" qarşılaşmasında 3:1 hesabla məğlub olaraq vətənə dönüb.
Bu "Qarabağ"ın bu il keçirilən Çempionlar Liqasının əsas mərhələsinin oyunlarında ilk məğlubiyyətidir.
"Köhlən atlar" oyunun ilk dəqiqələrində Leandro Andradenin vurduğu qolla hesabı üstələsə də, rəqib 3 qol vuraraq qalib olub.
Qeyd edək ki, "Qarabağ" noyabrın 5-də Tofiq Bəhrəmov adına Respublika stadionunda İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edəcək.
Xeyrənsə Piriyeva