AZ

Xaçmazda avtomobildə doğulan körpə öldü

Xaçmaz rayonunda avtomobildə yeni doğulan körpə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz rayon sakini 1985-ci il təvəllüdlü X.A-ova doğuş üçün rayon mərkəzi xəstəxanasına aparılan zaman, ərazidən keçən Dəmir Yolu xətti təmirə bağlandığına görə, avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə "VAZ-21010" markalı nəqliyyat vasitəsində doğuş baş verib. Yeni doğulan körpənin həyatını xilas etmək olmayıb.

X.A-ova isə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
81
16
bakivaxti.az

10Mənbələr