AZ

İş qurmaq adı ilə vətəndaşların 87 min manatını ələ keçirən şəxs tutuldu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

G.Abdullayevin əməllərindən zərər görən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
34
oxu.az

10Mənbələr