Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Sante həbsxanasında məhbus yoldaşları yatmasına mane olur.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat dərc edib.
"Nikola Sarkozinin həbsxanada ilk gecəsi yaxşı keçməyib. Digər məhbuslar onu məsxərəyə qoyublar, şüarlar səsləndiriblər".
Məlumata görə, hadisədən sonra iki polis əməkdaşı Sarkozinin yanındakı həbsxana kamerasına gəlib. Videolardan birində məhbusların bir Avropa ölkəsinin keçmiş liderini təhqir etməsi əks olunub.
Xatırladaq ki, oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasına məhkum edilib. O, həbsini Paris həbsxanasında çəkir.
Siyasətçi həbs olunmazdan əvvəl son açıqlamasında qeyd edib ki, “keçmiş prezidenti dəmir barmaqlıqlar arxasına yox, günahsız insanı həbs edirlər”.