Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "ABB" şirkəti arasındaenerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyalarıntətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikirmübadiləsi aparılıb.
Trend bubarədə SOCAR-a istinadən xəbər verir.
Belə ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf "ABB"şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussandilə görüşüb.
Görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma,sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarəedilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi,karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgəhəyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumatverilib.