AZ

Şəbnəm Səfərova: “Qarabağ yalnız bərpa və tikinti məkanı deyil, həm də yeni düşüncə tərzinin və məsuliyyətin simvoludur”

Xankəndidə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin 3-cü Əməkdaşlıq Forumu” baş tutdu. Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi idi.

“Foruma ölkənin müxtəlif bölgələrindən qatılmış QHT nümayəndələrinin Xankəndidə bir araya gəlməsi həm də simvolik bir hadisədir. Bu, Qarabağın yenidənqurma mərhələsində vətəndaş cəmiyyətinin həmrəylik və məsuliyyətini göstərir,” – deyə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova QHT.az-a açıqlamasında bildirib.

O vurğulayıb ki, son illər QHT sektoru yeni mərhələyə qədəm qoyub:

“Xüsusən də Qarabağda sosial, ekoloji və maarifləndirici layihələrin icrasında QHT-lərin rolu getdikcə artır. Əməkdaşlıq forumu QHT-lər arası şəbəkələşmənin artması, vətəndaş cəmiyyəti nümayəndələrinin birgə ideyalar və resurslar ətrafında birləşməsi üçün çox faydalı platformadır. Artıq Qarabağ təkcə bərpa və tikinti məkanı deyil, həm də yeni düşüncə tərzinin, yeni məsuliyyətin simvoludur. Forum çərçivəsində ekoloji maarifləndirmə, beynəlxalq tədbirlərdə iştirakçılıq, rəqəmsal transformasiya və gənclərin vətəndaş fəallığı kimi istiqamətlər üzrə təşəbbüslərin müzakirə olunması buna sübutdur.

“Biz inanırıq ki, Qarabağın gələcəyi yalnız infrastruktur layihələri ilə deyil, həm də sosial və intellektual investisiyalarla formalaşacaq. Bu baxımdan QHT-lərin səsi və iştirakı əvəzolunmazdır.”

Seçilən
103
qht.az

1Mənbələr