BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "OA-1K Skyraider II" təyyarəsi Oklahoma ştatında qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
Təyyarədə bir hərbi qulluqçu və bir mülki podratçı olmaqla iki ekipaj üzvü olub. İlkin məlumata görə, təyyarə təlim uçuşu həyata keçirirmiş.
Ekipaj üzvlərinin vəziyyəti və qəzanın təfərrüatları hələ dəqiqləşdirilir. Hadisə yerində təcili xidmətlər çalışır.