AZ

Naxçıvanda istehlakçılara 3,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Bakı. Trend:

Bu ilin yanvar – sentyabr ayları ərzində Naxçıvan MuxtarRespublikası üzrə istehlakçılara 1,3 milyon manatdan çox əlavədəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb ki, bu da ötən ilineyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.

Bu barədə Trend Naxçıvanın iqtisadiyyat nazirliyinə istinadənxəbər verir.

Bildirilib ki, layihənin icrası müddətində istehlakçılaraqaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.

"Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadəningenişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, mallarınqanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyənəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 9 ayındaNaxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə364,1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur", -məlumatda vurğulanıb.

Seçilən
61
8
az.trend.az

10Mənbələr