AZ

Azərbaycan və Türkiyə rəqəmsal transformasiya sahəsində əməkdaşlığı davam etdirir

Bakı. Trend:

Rəqəmsal transformasiya təkcə xidmətlərin təqdimatını deyil,qərarvermə proseslərini də dəyişməkdədir.

Trend xəbərverir ki, bu sözləri Türkiyə Respublikası əmək və sosial müdafiənazirinin müavini Ahmet Aydın “SOCGOV 2025: Süni intellekt insan vətransformasiya üçün” adlı beynəlxalq konfransda çıxış edərkəndeyib.

O bildirib ki, xüsusilə əmək həyatında süni intellektin tətbiqihəm dövlətin effektivliyini artırır, həm də vətəndaşlara dahakeyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradır.

"Türkiyə süni intellekt və rəqəmsal dövlət imkanlarını sosialsiyasətimizə inteqrasiya edərək daha inklüziv və effektiv həllərtətbiq edir. Gələcəkdə rəqəmsal dövlətlərin yalnız texnoloji deyil,həm də insani, iştirakçı və sosial yönləri ilə ön plana çıxacağınainanırıq.

Bu prosesdə Azərbaycanla birlikdə irəliləməyə davam edəcəyik", -deyə nazir müavini əlavə edib.

Məqalədə:
Seçilən
37
2
az.trend.az

3Mənbələr