AZ

Əfsanəvi futbolçunun Ukrayna - Azərbaycan oyunundan öncə saxlanıldığı üzə çıxdı

BAKI, 24 oktyabr. TELEQRAF

Üçqat SSRİ çempionu İvan Yaremçuk DÇ-2026-nın seçmə mərhələsində keçirilən Ukrayna – Azərbaycan oyunu öncəsi Polşada həbs olunduğu məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı onun qardaşı yayıb.

O, İvan Yaremçukla oktyabrın 10-dan bəri əlaqə saxlamağın mümkün olmadığını bildirib. Matçla bağlı Polşaya yollanana 63 yaşlı veteran futbolçu Krakov hava limanında polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Yaremçuk 1988-ci ildə Avropa Kubok Qalibləri Kubokunun qalibi olub, 1986 və 1990-cu illərdə keçirilən dünya çempionatlarında çıxış edib. Onun bir müddətdir qumar asılılığından əziyyət çəkdiyi, bunun da evini və bütün əmanətlərini itirməsinə səbəb olduğu bildirilir.

Seçilən
117
teleqraf.com

1Mənbələr