AZ

Bakıda 75 yaşlı qadını amansızlıqla qətlə yetirən şəxs hakim qarşısında

Bakıda yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət isinin məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Süleyman Cəbiyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Cinayət işinə baxış iclası noyabrın 7-nə təyin olunub.

İttiham aktına əsasən, hadisə 2025-ci il mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsində, Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanın evinin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olub və qadına bıçaqla boyun nahiyəsindən bir neçə zərbə endirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Daha sonra Süleyman Cəbiyev evdəki paltar dolabından və qadının çantasından ümumilikdə 450 manat götürərək hadisə yerindən qaçıb.

Süleyman Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.4- cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə qəsdən adam öldümə)və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
123
50
unikal.az

10Mənbələr