AZ

Toy karvanında avtoxuliqanlıq edən sürücü SAXLANILDI

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü C.Qafarov saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

O, idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn digər hərəkətlərə yol verib.

Məhkəmənin qərarı ilə C.Qafarov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.

Seçilən
93
32
far.az

10Mənbələr