Bakı. Trend:
Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatımüvəqqəti dayandırılacaq.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)“Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı rayonunda orta təzyiqli qaz xəttindənayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuşsızmanın aradan qaldırılması ilə əlaqədar 27.10.2025-ci il tarixdəsaat 10:00-dan etibarən qaz təchizatının dayandırılmasıplanlaşdırılır.
Təmir işləri aparılan müddətdə Hövsan kəndinin, M.Əliyev vəZeytun küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.