AZ

YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Qala qəsəbəsi, 168-ci Qala küçəsi ünvanında yeni ərazi partiya təşkilatı təsis edilib.

"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov  Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP inamlı qələbələrə imza atmaqdadır. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verir. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.  

Daha sonra çıxış edən 334 saylı tam orta məktəbin direktoru Şahin Cəfərov ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən  Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsindən danışıb. O qeyd edib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.   

Sonra təşkilati məsələlərə baxılıb.  Şahin Cəfərov ərazi partiya təşkilatının sədri, Bayramova Bənövşə isə sədr müavini seçilib.

Seçilən
34
50
unikal.az

10Mənbələr