AZ

Tramp Kanada ilə bütün danışıqları dayandırdı

ABŞ prezidenti Donald Tramp Kanadanın yayımladığı “saxtakarlıq dolu reklam”a cavab olaraq iki ölkə arasındakı bütün ticarət danışıqlarının dayandırıldığını bəyan edib.

KONKRET.az xəbər verir ki, söhbət mərhum prezident Ronald Reyqanın 1987-ci il çıxışından montaj edilmiş kadrlardan ibarət videodan gedir.

Tramp bildirib ki, Kanadanın hərəkətləri “utandırıcı və hörmətsiz”dir. O, bu qərarını Truth Social platformasında elan edib. Məsələyə səbəb olan video Ontario hökuməti tərəfindən hazırlanıb və orada Ronald Reyqanın guya tariflərə qarşı çıxdığı görüntülərdən istifadə olunub. Lakin Reyqan Fondunun nümayəndələri bu reklama sərt reaksiya verərək onun “çıxışın kontekstini təhrif etdiyini və materialların icazəsiz istifadə olunduğunu” vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Tramp Kanadadan idxal olunan polad, alüminium və avtomobillərə rüsumlar tətbiq etmişdi. Ottawa buna cavab olaraq analoji tariflər müəyyənləşdirmişdi.

Kanada baş naziri Mark Karni isə bildirib ki, əgər ticarət razılaşmaları üzrə dialoq dalana dirənərsə, Ottawa ABŞ-a öz bazarlarına “ədalətsiz çıxış”a imkan verməyəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
127
7
konkret.az

10Mənbələr