Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş,BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) dərhal islahat aparılmasınınlabüd olduğunu bildirib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki,“BMT: Gələcəyə Baxış” forumundaiştirak edən Quterreş, Şuranın mövcud strukturunun artıq beynəlxalqədalət və təhlükəsizlik ehtiyaclarına cavab vermədiyinivurğulayıb.
O deyib ki, BMT TŞ yalnız hegemon dövlətlərin oyun meydanıolmamalıdır.
Quterreş bildirib ki, bir çox hallarda Təhlükəsizlik Şurasınındaimi üzvləri BMT Nizamnaməsi prinsiplərini pozaraq hərəkət edirlərvə bu, BMT-yə olan etibarı aşındırır. Onun fikrincə, üzvlərintərkibinin artırılması ədalətin təmin olunmasına və qərarların birsıra regionların reallıqlarını daha əhatəli şəkildə əks etdirməsinəimkan verə bilər.
O xüsusilə vurğulayıb ki, Afrika qitəsi barışıq missiyalarınınyarısını daşısa da, Təhlükəsizlik Şurasında səsi yoxdur. LatınAmerika və Karib bölgəsinin təmsili məhduddur. Asiya-Sakit Okeanbölgəsi isə insanlığın yarısından artığını əhatə etməsinəbaxmayaraq, yalnız bir daimi yerə sahibdir.
"Əgər Təhlükəsizlik Şurası məqsədinə uyğun olmasa, dünya böyükrisk altında qalacaq. Qarşıda duran 80 ilin çağırışlarına cavabverə biləcək, hamıya ədalət və təhlükəsizlik gətirə biləcək yeniqurum yaratmaq bizim vəzifəmizdir", - baş katib bildirib.