AZ

Bakıda binanın eyvanı uçaraq restoranın üstünə tökülübVİDEO

Bakının Nərimanov rayonunda yerləşən binanın eyvanı uçaraq restoranın üstünə tökülüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Albert Aqarunov küçəsində baş verib.

Bu gün səhər saatlarında eyvan uçaraq "Başkent" restoranının üzərinə düşüb.  Yaxınlıqda çalışanlardan öyrəndik ki, dördmərtəbəli bina qeyri-yaşayış obyekti olub.

Binada müxtəlif ofislər fəaliyyət göstərib. Tikili Nərimanov Rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təssərüfatının balansında olmadığından dəyən ziyanla bağlı dəqiq məlumat yoxdur.

Fakt hüquq-mühafizə orqanları tərəfindən tərəfindən araşdırılır.

Binanın birnci mərtəbəsindəki iaişə obyektinin nümayəndəsi “Xəzər Xəbər”ə hadisənin təfərrüatını danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
110
1
xezerxeber.az

2Mənbələr