Gəncəli xalq artisti Şahnaz Haşımova sabah əməliyyat ediləcək.
Xalq artistinin nəvəsi Eldar Abdullayev NOCOMMENT.az-a bildirib ki, Şahnaz xanım hazırda evdədir. Özünü yaxşı hiss edir.
“Şahnaz xanım Gəncə Beynəlxalq Xəstəxanasında müayinə olundu. Həkimlər bildirdilər ki nənə əməliyyat olunmalıdır. Əgər vaxtında müayinə olunmasaydı səhhətində problem olardı. Həkimlər bildirdilər ki, Şahnaz xanım səhhətinə ciddi bir problem yoxdur. Şükür Allaha hər şey yaxşıdır. Şahnaz xanım sabah Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olacaq. Nənəmi cərrah İlkin İsmayılov və Anar Cəfərov edəcək.
Şahnaz Haşımovamın nəvəsi bildirib ki,nənəsi sabah 9:30 əməliyyat ediləcək.