AZ

ABŞ prezidenti Çin lideri ilə Ukrayna münaqişəsini müzakirə edəcəyini bildirib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, oktyabrın 30-da Cənubi Koreyada Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirəcəyi görüşdə Moskva və Kiyevlə bağlı məsələləri müzakirə edəcək, həmçinin Pekindən Ukrayna münaqişəsinin həllində dəstək gözləyir.

APA xəbər verir ki, bu barədə Amerika lideri öz təyyarəsində jurnalistlərə müsahibə verərkən bildirib.

“Görüşdə müzakirə edəcəyimiz mövzulardan biri Rusiya və Ukrayna olacaq. Mən istərdim ki, Çin bizə Rusiya məsələsində kömək etsin. Biz Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişik. Bunlar çox sərt və təsirli sanksiyalardır, amma istərdim ki, Çin bu məsələdə bizə dəstək versin”, – Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
4
apa.az

10Mənbələr