Bakı. Trend:
Tailand Krallığı sabiq kraliça Sirikitin vəfatı ilə əlaqədar birillik matəm elan edib.
Trend xəbərverir ki, bu barədə krallıq sarayının bəyanatında qeyd olunub.
Qeyd edək ki, ötən gün 93 yaşında vəfat edən Sirikit uzun müddətxəstəliklərlə mübarizə aparıb və 2019-cu ildən xəstəxanada müalicəalırdı.
Sirikit mərhum kral Bhumibol Adulyadejin həyat yoldaşı idi. Onunoğlu Maha Vajiralongkorn isə hazırkı Tailand kralıdır.