AZ

Onlayn qumar oyunların üçün bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib (VİDEO)

Bakı. Trend:

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilənpul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadəolunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirəndəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusiəməliyyat-texniki tədbirlər həyata keçirilib.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindənkeçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, FərmanCəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavidİsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan MəhərrəmBabayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov,həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki,saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişləredərək alıblar.

Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərindəistifadə edilməsi məqsədi ilə əsəsən “Telegram” sosial şəbəkəsindəölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb.Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıqbank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdimedən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindənxəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bankrekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarındaistifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgərbank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyinimüəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləriköçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızısatmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumatverməyiniz tövsiyə edilir.

Seçilən
67
49
az.trend.az

10Mənbələr