AZ

DİQQƏT: Bu məhsulların qiyməti 10 faiz artacaq

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslərə nağd qaydada ödənilən gündəlik ödənişin yuxarı həddi 20 manatdan 30 manata qaldırılıb. Maraqlıdır, qərar həmçinin kənd təsərrüfatı məhsullarının qiymət dinamikasına təsir göstərə bilərmi?

Məsələ ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu dəyişiklik fermerlərin əmək xərclərinin artmasına səbəb olacaq:

Azərbaycan

“Mövsümi, yəni biçin, yığım, becərmə, suvarma kimi işlərdə gündəlik ödənişin 20 manatdan 30 manata qaldırılması kənd təsərrüfatı istehsalçılarının əmək xərclərini artıracaq. Amma bu prosesin əmək münasibətlərinin leqallaşdırılması, yəni işçilərin müqavilə ilə rəsmiləşdirilməsi baxımından da müsbət tərəfi var.”

Ekspertin sözlərinə görə, fermerlərin gəliri dəyişməz qalarsa, artan xərci kompensasiya etmək üçün məhsulun satış qiymətlərinin yüksəlməsi ehtimalı yaranır.

“Xüsusilə, əmək tutumlu məhsullarda, tərəvəz, meyvə, üzüm, pambıq və tütündə qiymət artımı daha aydın görünə bilər. Əgər əmək xərcləri ümumi maya dəyərinin kiçik hissəsini təşkil edirsə, bu zaman qiymətə təsir zəif olacaq,” – deyə A. Nəsirli vurğulayıb.

İqtisadçının fikrincə, dövlətin subsidiyaları və dəstək proqramları (toxum, yanacaq, gübrə və s.) bu artımı qismən kompensasiya edə bilər. Eyni zamanda, bazarda rəqabətin səviyyəsi də qiymət artımını məhdudlaşdırar.
Akif Nəsirli əlavə edib ki, qərar regionlarda məşğulluğun və gəlirlərin artmasına səbəb ola, həmçinin mövsümi işçilərin gəlir artımı yerli bazarda istehlak tələbinin yüksəlməsinə gətirib çıxarar:

“Qısamüddətli dövrdə əmək tutumlu məhsullarda 5–10 faizə qədər qiymət artımı mümkündür. Lakin uzunmüddətli perspektivdə məhsuldarlığın artması və dövlət dəstəyinin davamlılığı bu təsiri sabitləşdirir .”

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
40
26
konkret.az

10Mənbələr