AZ

Müavinlərlə münaqişə, kobud rəftar, yoxsa... General niyə vəzifədən çıxarılıb?

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, dünən general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəisi vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, onun yerinə Sərdar Səfərov təyin olunub.

Mia.az-ın məlumatına əsasən, "Unikal" saytı generalın işdən çıxarılmasının səbəbləri barədə yazıb.

Qeyd olunur ki, İlqar Abbasovun işdən çıxarılmasına səbəb onun işçiləri ilə çox kobud rəftar etməsi olub. Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.

İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə və birinci müavini İsmayıl Hüseynovla da problem yaşayıb. Bir müddət əvvəl İlqar Abbasovla İsfəndiyar Möhbalıyev arasındakı münaqişə də olub.

Xatırladaq ki, İsmayıl Hüseynov cəmi 9 gün əvvəl - oktyabrın 15-də vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
6
mia.az

10Mənbələr