AZ

İsrail Livanın cənubuna zərbə endirib, bir nəfər yaralanıb YENİLƏNİB

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

Livan hökuməti ölkənin cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Ynet"ə istinadən xəbər verir ki, ölən şəxs dünən İsrail tərəfindən öldürülən "Hizbullah"ın cənub cəbhəsinin logistika komandiri Abbas Həsən Kərəkinin qohumudur.

Məlumata görə, hücum Kərəkinin dəfn mərasimindən əvvəl həyata keçirilib.

***

Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.

Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb.

İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
8
operativmm.az

10Mənbələr