AZ

Harris ABŞ prezidentliyinə namizəd olacağını istisna etməyib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı Britaniya Yayım Korporasiyasına (BBC) verdiyi müsahibədə verib.

Jurnalistin ABŞ tarixində ilk qadın prezident olub-olmayacağı sualına Harris, "Ola bilsin" cavabını verib. O, əlavə edib ki, növbəti siyasi addımları ilə bağlı hələ "qərar verməyib".

Eyni zamanda, Harris növbəti prezident seçkilərində qalib gəlmək şansının aşağı olduğunu göstərən "sorğuları dinləmək" niyyətində olmadığını bildirib. O, dövlət qulluğu "qanında" olduğu üçün siyasətdə qalmaq niyyətində olduğunu bildirib.

2024-cü ilin noyabr ayında ABŞ prezident seçkilərində Demokrat Partiyasını təmsil edən Harris Respublikaçı namizəd Donald Trampa məğlub olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
114
6
icma.az

7Mənbələr